Xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb

Xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb
# 08 iyul 2014 15:55 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan prezidenti İlham Əliyev xalq yazıçısı Qılman İlkinin (Qılman İsabala oğlu Musayevin) 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR