Xalq yazıçısı Qılman İlkinin yubiley tədbiri keçiriləcək

Xalq yazıçısı Qılman İlkinin yubiley tədbiri keçiriləcək
# 30 sentyabr 2014 07:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Qılman İlkinin yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində "Dan ulduzu" instrumental ansamblının və müğənnilərin ifasında musiqi parçaları səsləndiriləcək, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş olunacaq.

Q.İlkin "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri" kimi kitabların müəllifidir.

Qeyd edək ki, prezident İlham Əliyev bir müddət əvvəl “Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR