XVI-XVII əsrlərdə yaşamış azərbaycanlı şair Sadiq bəy Sadiqinin yaradıcılığına həsr edilmiş kitab nəşr olunub

XVI-XVII əsrlərdə yaşamış azərbaycanlı şair Sadiq bəy Sadiqinin yaradıcılığına həsr edilmiş kitab nəşr olunub
# 21 avqust 2013 16:42 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. XVI-XVII əsrlərdə yaşamış azərbaycanlı şair, ədəbiyyatşünas və rəssam Sadiq bəy Sadiqinin yaradıcılığından ibarət kitab nəşr olunub.

APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimovun «Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı» adlı kitabında Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı ilk dəfə bütöv şəkildə tədqiq edilir. «Elm və təhsil» nəşriyyatında çapdan çıxan kitabda müəllif müxtəlif mənbələri, şairin əsərlərini ətraflı təhlil edərək, onun poeziyasının özünəməxsus xüsusiyyətləri, ədəbiyyat tariximizdəki mövqeyi haqqında ətraflı məlumat verib.

Kitabın redaktorlar filologiya üzrə fəlsəfə doktorları Əkrəm Bağırov və Nailə Mustafayevadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR