Yazıçı Vidadi Babanlının ayağı sınıb

Yazıçı Vidadi Babanlının ayağı sınıb
# 20 avqust 2015 07:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yazıçı Vidadi Babanlının ayağı sınıb. Bu barədə APA-ya yazıçının özü məlumat verib.

V. Babanlı hazırda yataq şəraitində müalicə aldığını bildirib: “Zaqatalaya istirahətə gəlmişdim, yıxılıb ayağımı sındırdım. İndi yataqdayam, gecələr möhkəm ağrılarım olur. Belə görürəm ki, sınığın bitişməyi uzun çəkəcək”.

V. Babanlı əlavə edib ki, müalicəsi hazırda ev şəraitində davam edir: “Hər şey həkimlərin məsləhətindən asılıdır. Bakıya getməyim hələlik mümkün deyil. Gərək tam sağalam ki, ayağa durmağım mümkün olsun, yoxsa fəsadı çox olar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR