Bank Of Baku

Yaxın vaxtlarda «United Credit Bank»ın səhmdarlarının ümumi iclası keçiriləcək

Yaxın vaxtlarda «United Credit Bank»ın səhmdarlarının ümumi iclası keçiriləcək
# 22 iyun 2009 09:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın vaxtlarda «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının ümumi iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Azad İsgəndərov bildirib.

A.İsgəndərovun sözlərinə görə, iclasda mövcud səhmdarlar tərəfindən bankın məcmu və nizamnamə kapitalının artırılması, həmçinin kredit portfelinin genişləndirilməsi məqsədi ilə ayrılacaq maliyyə vəsaitinin təsdiq olunması və digər məsələlər müzakirə ediləcək: «Bankın məcmu və nizamnamə kapitalının hansı həcmə çatdırılması ilə bağlı konkret rəqəm söyləmək hələlik tezdir. Çünki, bu birbaşa bankın səhmdarları tərəfindən ayrılacaq vəsaitin məbləğindən asılı olacaq».

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib.

Cari ilin iyun ayının 1-nə bankın aktivlərinin həcmi 33,248 mln. manat, kredit portfeli 24,442 mln. manat, depozit portfeli 9,004 mln. manat, məcmu kapitalı 13,283 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 5 filialı və 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR