Bank Of Baku

Azərbaycan əhalisinin gəlirləri yanvar-may aylarında 18,5% artıb

Azərbaycan əhalisinin gəlirləri yanvar-may aylarında 18,5% artıb
# 22 iyun 2009 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 8,6 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə gəlirlərin hər nəfərə düşən həcmi 17,1% artaraq 994,8 manat və ya 1 237,3 ABŞ dollarına çatıb.

Gəlirlərin 67,2%-i əhali tərəfindən son istehlaka, 10,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 22,3%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 7,7 mlrd. manatlıq vəsait qalıb ki, bu da, əvvəlki ildəkindən 19,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR