Bank Of Baku

«Parabank» müştərilər üçün «Call Centre» sistemi yaradıb

«Parabank» müştərilər üçün «Call Centre» sistemi yaradıb
# 22 iyun 2009 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) müştərilər üçün yeni mərkəzləşdirilmiş çağrı (Call Centre) sistemini yaradıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, indi müştərilər şəhər telefonlarından 139, mobil operatorlardan isə 012 139 nömrəsini yığmaqla bank və onun məhsulları haqqında ətraflı məlumat ala bilərlər.

Qeyd edək ki, şəhər telefonlarından zənglər pulsuzdur.

Bundan başqa, mərkəzi çağırış sistemindən istifadə edərək, müştərilər kredit müraciəti də edə bilərlər. Müraciət edildikdən sonra çox qısa bir vaxt ərzində bankın kredit üzrə məsləhətçiləri həmin müştəri ilə əlaqə saxlayaraq informasiya mübadiləsini təmin edir və kreditin verilməsi proseduralarına uyğun olaraq işləmələrə başlayır.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 72,21 mln. manat, kredit portfeli 45,6 mln. manat, məcmu kapitalı isə 11,42 mln. manat təşkil edib.

Bankın respublika üzrə 15 filialı, 9 bankomatı və 138 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR