Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» yeni əməliyyat sisteminin tətbiqinə hazırlaşır

«Azərbaycan Sənaye Bankı» yeni əməliyyat sisteminin tətbiqinə hazırlaşır
# 23 iyun 2009 06:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi yeni əməliyyat sisteminin tətbiqi ilə bağlı bir sıra struktur dəyişikliklər aparmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Həsən Bədəlov bildirib.

H.Bədəlovun sözlərinə görə, hazırda bankda Türkiyənin «Yaz» şirkətinin «Morbas» adlı bank proqram təminatından istifadə edilir. Mövcud proqramın bazasında bankda Türkiyənin «Guarant Technology» şirkətinin Mərkəzi Əməliyyat Sisteminin tətbiqi nəzərdə tutulub.

H.Bədəlov qeyd edib ki, bu sistemin tətbiqi ilə bağlı bankda xüsusi departament yaradılacaq və burada bütün əməliyyatlar, o cümlədən akkreditiv və kredit əməliyyatları mərkəzləşdiriləcək.

Qeyd edək ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 61,373 mln. manat, depozit portfeli 22,272 mln. manat, kredit portfeli 35,134 mln. manat, məcmu kapitalı 17,082 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 7 filialı, 21 bankomatı və 199 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR