Bank Of Baku

İyunun sonunda «Azər-Türk Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

İyunun sonunda «Azər-Türk Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 23 iyun 2009 08:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin iyun ayının sonunda «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Pərvanə Məmmədova bildirib.

P.Məmmədovanın sözlərinə görə, iclasda əsas müzakirə obyekti bankın Naxçıvanda filialının açılması və digər cari məsələlərin müzakirəsi olacaq.

Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və
«Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 44,503 mln. manat, kredit portfeli 25,166 mln. manat, depozit portfeli 29,091 mln. manat, məcmu kapitalı 12,993 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.

Hazırda bankın respublika üzrə 3 filialı, 3 bankomatı, 3 mübadilə məntəqəsi və 13 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR