Bank Of Baku

Avronun dollara qarşı bahalaşması sona çatıb

Avronun dollara qarşı bahalaşması sona çatıb
# 23 iyun 2009 09:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən həftənin sonunda dünya bazarlarında avronun ABŞ valyutasına qarşı 1,4 dollar səviyyəsində qeydə alınmış məzənnəsini pik hədd qiymətləndirmək olar. «APA-Economics»in məlumatına görə, Avropanın aparıcı investisiya bankları və maliyyə qurumlarının analitikləri bu fikirdədir.

Belə ki, «Commerzbank»ın mütəxəssisləri valyuta bazarının iştirakçıları arasında hazırda hər hansı fundamental oriyentirlərin, dolların satışı üçün əsasların olmadığını və yaxın həftələr ərzində dolların artımı üçün potensialın olduğunu vurğulayırlar. Bazar iştirakçıların fikrincə, hazırda ABŞ digər ölkələrlə müqayisədə böhrandan daha tez çıxmağa hazırdır və bu səbəbdən avronun yüksəlməsinin maksimal həddi artıq arxada qalıb. Həmçinin, belə fikirlərə Avropanın bank sektorundakı qeyri-müəyyənlik də dəstək verir.

Eyni zamanda ekspertlər qeyd edirlər ki, məzənnənin formalaşması üçün əsas amil kimi iyunun 24-də Federal Ehtiyat Sisteminin (FES) keçiriləcək növbəti iclasının nəticələri olacaq. Maraqlıdır ki, mütəxəssislərin fikrincə, hazırkı vəziyyətdə məhz FES-in passivliyi, yəni heç bir əhəmiyyətli qərar qəbul etməməsi, maliyyə sektoruna, o cümlədən dolların yüksəlməsi üçün faydalı olacaq. Belə ki, əgər FES tərəfindən böhrana qarşı tədbirlər proqramının genişləndirilməsinə dair atılan istənilən addım dolların mövqelərini zəiflədə bilər. Qeyd edək ki, Avropanın aparıcı investisiya şirkətlərindən biri olan «Barclays Capital»ın mütəxəssisləri də bu fikirdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR