Məruzəyə əsasən, Avropa və Mərkəzi Asiya regionunun inkişafda olan ölkələri sırasında 2009-cu ildə 6 dövlətdə iqtisadi artım, 13 ölkədə isə geriləmə müşahidə olunacaq. İqtisadi artım nümayiş etdirəcək ölkələrin sırasında ən yüksək artımın Özbəkistanda olacağı proqnozlaşdırılır və bu göstəricinin 4,5% olacağı gözlənilir. Regionda ən dərin iqtisadi geriləmə isə Latviyada (mənfi 13%) proqnozlaşdırılır:
Ölkə |
2008-ci il |
2009-cu il |
2010-cu il |
2011-ci il |
Azərbaycan | 10.8 | 3.3 | 5.2 | 9.0 |
Albaniya | 6.0 | 1.5 | 2.0 | 3.0 |
Ermənistan | 6.8 | -6.0 | -2.0 | 1.0 |
Belarus | 10.0 | -3.3 | 2.6 | 4.4 |
Bolqarıstan | 6.0 | -1.5 | 1.5 | 3.0 |
Xorvatiya | 2.3 | -3.0 | 0.3 | 3.0 |
Gürcüstan | 2.2 | 1.0 | 2.0 | 4.0 |
Qazaxıstan | 3.0 | -1.5 | 1.5 | 3.0 |
Qırğızıstan | 6.6 | 0.5 | 2.5 | 3.5 |
Litva | 3.0 | -10.0 | -2.5 | 2.5 |
Latviya | -4.6 | 13.0 | 3.0 | 2.6 |
Moldova | 7.0 | -3.0 | 2.0 | 4.0 |
Makedoniya | 4.9 | -1.2 | 1.0 | 2.0 |
Polşa | 4.8 | 0.5 | 0.9 | 3.5 |
Rumıniya | 7.1 | -4.0 | 0.5 | 2.5 |
Rusiya | 5.6 | -7.5 | 2.5 | 3.0 |
Türkiyə | 1.1 | -5.5 | 1.5 | 3.0 |
Ukrayna | 2.1 | -9.0 | 1.0 | 3.5 |
Özbəkistan | 9.0 | 4.5 | 5.0 | 6.5 |
Cədvəldən göründüyü kimi, 2010-cu ildə Azərbaycan iqtisadi artım üzrə regionda lider mövqeyinə çıxacaq, 2011-ci ildə isə bu mövqeyini daha da möhkəmlədəcək.