Bank Of Baku

Azərbaycanda bir çox sığorta şirkətlərinin veb-saytı yoxdur

Azərbaycanda bir çox sığorta şirkətlərinin veb-saytı yoxdur
# 23 iyun 2009 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən 11 sığorta şirkətinin internet səhifəsi hələ də hazırlanmayıb. Bununla bağlı «APA-Economics» ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin internet resursları ilə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, ölkədəki 28 sığorta şirkətindən 11-nin, o cümlədən, «Qala Sığorta», «Azərbaycan Sənaye Sığorta», «AİG Caspian İnsurance», «Fidan Sığorta», «Azər-Asiya», «Əmrah sığorta», «Nişan Sığorta», «Azerqarant», «Günay Anadolu», «Atəşgah» və «Başaq İnam» şirkətlərinin internet səhifəsi yoxdur.

Qalan sığorta şirkətlərinin saytlarına nəzər yetirdikdə, onların əksəriyyətində şirkət haqqında, şirkətin sığorta növləri və maliyyə göstəriciləri haqqında məlumatlar yerləşdirilib.

Sığorta şirkətləri sırasında «AzSığorta», «MBASK», Beynəlxalq Sığorta Şirkəti, «Paşa Sığorta», «Ata Sığorta» və «Azal Sığorta» şirkətlərinin veb-saytlarını daha zəngin hesab etmək olar. Çünki, bu şirkətlərin rəsmi saytlarında sığorta ilə bağlı gündəlik və maarifləndirici materiallar, terminoloji lüğətlər, sığorta növlərinin ətraflı təfsilatı, həmçinin sığorta ilə bağlı qanunvericilik bazası yerləşdirilib.

Araşdırma nəticəsində məlum olub ki, şirkətlər sırasında sığorta məhsullarını internet vasitəsi ilə satışını isə yalnız iki şirkət - «AzSığorta» və Beynəlxalq Sığorta Şirkəti təqdim edir.

Bundan başqa, bəzi sığorta şirkətləri mövcud veb-saytlarında son bir il ərzində heç bir yenilənmə aparmayıb. Bu sıraya «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti, «Thames İnsurance Group» və «BE&G» daxildir. Bununla yanaşı, «Standard İnsurance», «Xalq Sığorta» və «Alfa Sığorta» şirkətlərinin saytlarında xəbərlər bölməsi hələ də hazırlanmayıb. Halbuki, bu şirkətlərin bəzisi sığorta haqlarının həcminə görə ilk onluğa daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR