Bank Of Baku

«Azərsığorta» Dövlət Şirkətinə statusun dəyişdirilməsi üçün vaxt verilib

«Azərsığorta» Dövlət Şirkətinə statusun dəyişdirilməsi üçün vaxt verilib
# 24 iyun 2009 10:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən bütün sığorta təşkilatları artıq açıq səhmdar cəmiyyətinə çevrilib. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, «Azərsığorta» şirkətin statusunun dəyişməməsinin səbəbi şirkətin səhmdar kapitalında dövlətin iştirak payının olması ilə bağlıdır. Bu məsələnin həlli üçün isə müəyyən prosedura qaydalarının icrası tələb edilir. Bununla bağlı «Azərsığorta» şirkətinə maksimum bir il vaxt verilib ki, bu müddət ərzində bütün məsələlər həllini tapmalıdır.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ACS-yə çevrilməsi 2008-ci ilin mart ayının 15-də qəbul edilmiş «Sığorta fəaliyyəti haqqında» qanuna əsaslanır. Hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR