Bank Of Baku

Azərbaycan banklarının aktivləri artır

Azərbaycan banklarının aktivləri artır
# 24 iyun 2009 11:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2009-cu ilin iyunun 1-nə 9 129,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% çoxdur.

Eyni zamanda, cari ilin əvvəlindən kommersiya banklarının aktivlərinin həcmi 1 143,7 mln. manat və ya 11,1% azalıb. İlin əvvəlindən bank sisteminin əsas göstəricilərindən birinin bu dərəcədə azalması ilk növbədə dünya maliyyə böhranı nəticəsində Azərbaycan bank sistemində yaranmış likvidlik problemi və ümumilikdə, banklar tərəfindən aktiv əməliyyatlara, o cümlədən, kreditləşməyə daha ehtiyatla yanaşması, kreditləşmə şərtlərinin sərtləşdirilməsi və bu kimi amillərlə bağlıdır.

Aktivlərin davamlı azalması məhz cari ilin əvvəlindən başlayıb və ardıcıl üç ay davam edib. Belə ki, yanvar-mart aylarında aktivlərin həcmi 1 458,5 mln. manat azalıbsa, apreldə bu göstərici 184,2 mln. manat artıb. Mayda artım tendensiyası davam edib və artımın həcmi 130,6 mln. manata bərabər olub. Beləliklə, xarici və daxili amil və səbəblərə görə Azərbaycan bank sistemində aktivlərin azalması yalnız ilk üç ay ərzində müşahidə olunub ki, bu da digər ölkələr, xüsusən də aparıcı inkişaf etmiş ölkələrlə müqayisədə olduqca müsbət göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR