Bank Of Baku

ABŞ-ın kredit reytinqi azaldıla bilər

ABŞ-ın kredit reytinqi azaldıla bilər
# 24 iyun 2009 12:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın hökumətinin AAA səviyyəsində olan kredit reytinqi hazırda təhlükəsizdədir. Lakin hökumət dövlət borcunun azaldılmasına nail olmayacağı təqdirdə, bu, təhlükə altına düşə bilər. «APA-Economics»in «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi çıxış edib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniyanın kredit reytinqlərinin azaldılması ehtimalları səbəbindən dünya maliyyə bazarları bu il dəfələrlə həyəcanla üzləşib. Ehtimallar isə öz növbəsində həmin ölkələrin hökumətlərinin iqtisadi böhrandan çıxmaq məqsədi ilə borcalmaların kəskin artırması ilə əlaqəli olub.

ABŞ-ın kredit reytinqi üzrə yaxın 18 ay üçün «sabit» proqnozu verən «Moody’s Investors Service» agentliyi eyni zamanda bəyan edir ki, reytinqin azalması iki səbəbdən baş verə bilər. Qeyd etdiyimiz kimi, birinci səbəb ABŞ hökumətinin dövlət borcunun azaldılmasına nail olmaması ilə bağlıdır. İkincisi isə dolların dünya ehtiyat valyutası mövqelərinin zəifləməsidir ki, bu halda ölkə hökuməti aşağı dərəcələrlə iri həcmdə fondlaşma risklərinin artması təhlükəsi ilə üzləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR