Bank Of Baku

Azərbaycanda bank kreditləri son iki ayda artır

Azərbaycanda bank kreditləri son iki ayda artır
# 25 iyun 2009 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit portfelin həcmi 2009-cu ilin iyunun 1-nə 6 180 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çoxdur.

Eyni zamanda, cari ilin əvvəlindən bankların məcmu kredit portfeli 836,5 mln. manat və ya 11,9% azalıb.

Qeyd edək ki, bank aktivləri və banklarda yerləşdirilmiş əhalinin əmanətləri üzrə olduğu kimi, kreditlər üzrə də cari ilin birinci rübü ərzində davam edən azalmadan sonra artıq son iki ay ərzində yüksəlmə tendensiyası müşahidə olunur. Belə ki, birinci rübdə 978,7 mln. manatlıq azalmadan sonra, apreldə məcmu kredit portfeli 64,6 mln. manat, mayda isə 77,6 mln. manat artıb.

Qeyd edək ki, kommersiya banklarının məcmu kredit portfelinin artım dinamikasının bərpa olunması birmənalı şəkildə bank sistemində sağlamlaşma tendensiyasının yaranması əlaməti kimi qiymətləndirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR