Bank Of Baku

Azərbaycan bank sisteminin kapitallaşması davamlı artım nümayiş etdirir

Azərbaycan bank sisteminin kapitallaşması davamlı artım nümayiş etdirir
# 25 iyun 2009 09:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2009-cu ilin iyunun 1-nə 1 625,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,9% çoxdur.

Cari ilin beş ayı ərzində kommersiya banklarının məcmu kapitalı 9% artıb ki, bu da maliyyə böhranı şəraitində bank sistemində əhəmiyyətli göstərici kimi qəbul olunur. Belə ki, məcmu kapital Azərbaycan bank sistemində yeganə əsas göstəricidir ki, cari ildə, demək olar ki, ardıcıl olaraq artım dinamikası nümayiş etdirib. Aktivlər, kredit portfeli, əmanətlər kimi bank göstəriciləri üzrə isə bu ilin birinci rübü ərzində azalma, sonrakı iki ayda isə artımın bərpası müşahidə olunub. Lakin məcmu kapital bu müddət ərzində davamlı artım nümayiş etdirib. Təkcə mart ayında məcmu kapital cüzi, 10,2 mln. manat və ya 0,7%-lik azalmaya məruz qalıb ki, bu da sonradan tendensiya xarakteri almayıb.

Digər göstəricilərin birmənalı olmayan dinamikası fonunda məcmu kapitalın artımı həm mövcud olan səhmdarların hesabına nizamnamə kapitalının genişləndirilməsi, həm də ehtiyat məqsədləri ilə əldə edilən mənfəətin bölüşdürməyərək saxlanması səbəbindən baş verdiyini ehtimal etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR