Bank Of Baku

«Bank of Azerbaijan»ın yeni depozit məhsulu «Əmanətlərin Sığortalanması haqqında» qanunun şərtlərinə uyğundur

«Bank of Azerbaijan»ın yeni depozit məhsulu «Əmanətlərin Sığortalanması haqqında» qanunun şərtlərinə uyğundur
# 25 iyun 2009 09:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) «Rahat Depozit» adlı yeni məhsulu bu yaxınlarda Milli Məclis tərəfindən qəbul olunmuş «Əmanətlərin sığortalanması haqqında» qanuna əlavə və dəyişikliklərə uyğundur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Əmanətlərin sığortalanması haqqında» qanuna əlavə edilmiş dəyişikliyə əsasən, «Bank of Azerbaijan»ın üzv olduğu Əmanətlərin Sığortalanması Fondu depozit dərəcəsi illik 15%-dən artıq olmamaq şərti ilə 30 min manatadək məbləğində olan depozitləri sığortalayır.
Qeyd edək ki, «Rahat Depozit» məhsulunun şərtlərinə əsasən, depozitin faiz dərəcəsi 14%-ə bərabərdir. Bununla da müştərilər yeni məhsulun uyğun depozit yerləşdirməklə hər ay dividentlər ala bilər, depozitin məbləğindən asılı olaraq 30, 50 və ya 70% həcmində kredit xəttindən istifadə edə bilərlər.
Xatırladaq ki, «Rahat Depozit» məhsulu üzrə əmanət yerləşdirən müştəriyə ayrılan kredit xətti üzrə faiz dərəcəsi 12% səviyyəsində müəyyənləşib.
Təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 117,086 mln. manat, depozit portfeli 49,990 mln. manat, kredit portfeli 89,549 mln. manat, məcmu kapitalı 20,245 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Bankın respublika üzrə 18 filialı, 23 bankomatı və 106 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR