Bank Of Baku

«FINCA Azerbaijan»ın müştəriləri azalır

«FINCA Azerbaijan»ın müştəriləri azalır
# 25 iyun 2009 09:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2009-cu ilin iyun ayının 1-nə 65,248 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəlinə nisbətən 2,2% azdır.

Təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 36,128 mln. dolları qruplar üzrə, 29,121 mln. dolları isə fərdi qaydada verilib.

Z.Numəmmədov qeyd edib ki, ilin əvvəlindən təşkilatın müştərilərinin sayı 2,8% azalaraq 81 476 nəfər təşkil edib, bunun 61 114 nəfəri qrup müştəriləri, 20 362 nəfəri isə fərdi müştərilərdir.

Təşkilatın qrup kreditlərinin məcmu kredit portfelində xüsusi çəkisi 55,4%, fərdi kreditlərin çəkisi isə 44,6% təşkil edib.

Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qrupu üzrə aylıq 2,5-3%, kənd kredit qrupu üzrə 3,5%, fərdi kreditləri isə 2-3%-lə verir.

Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin iyun ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR