Bank Of Baku

Dünya Bankı Azərbaycan üçün iki krediti təsdiqləyib

Dünya Bankı Azərbaycan üçün iki krediti təsdiqləyib
# 25 iyun 2009 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda iki layihənin maliyyələşdirməsi üçün kreditlərin ayrılmasını təsdiqləyib.

DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, DB-nın Direktorlar Şurası Azərbaycanda infrastruktur layihələrində iştirak edən kadr potensialının yaxşılaşdırılması layihəsi («Public Investment Capacity Building Project») üzrə Azərbaycana 8 mln. ABŞ dollarının ayrılması, həmçinin Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulmasının II layihəsi («Additional Financing for Second Highway Project») üçün 175 mln. dolların ayrılmasını təsdiq edib.

Qeyd edək ki, infrastruktur layihələrində iştirak edən kadr potensialının yaxşılaşdırılması layihəsinin ümumi dəyəri 10 mln. dollar məbləğində qiymətləndirilir və DB-nın ayıracağı 8 mln. dollar 20 il müddətinə (ilk 10 ili - güzəştli dövr) veriləcək.

İkinci layihəyə gəldikdə isə, bura Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 116 km əsas və 200 km yardımçı yolların yenidən qurulması daxildir.

Vəsait DB-nın üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) tərəfindən ayrılacaq. Belə ki, IBRD 113 mln. dollar vəsaiti 20 il müddətinə (4 ili güzəştli), IDA isə 62 mln. dollar məbəlğində vəsaiti 20 il müddətinə (10 ili güzəştli) ayıracaq.

Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2,3 mlrd. ABŞ dollarından artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR