Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycandakı layihələrə 220 mln. dollar ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycandakı layihələrə 220 mln. dollar ayıracaq
# 25 iyun 2009 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində layihələrin maliyyələşdirilməsinə 220 mln. ABŞ dolları ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin başçısı Frensis Deley bildirib.

Onun sözlərinə görə, vəsaitin ayrılması üçün AYİB və Azərbaycan hökuməti arasında müvafiq sazişlər imzalanacaq: «Ümumilikdə, bu il ərzində Azərbaycan üzrə 220 mln. dollar civarında vəsaitin ayrılması üçün sazişlər imzalanacaq. Vəsaitlər real və maliyyə sektoru üzrə bu ilə planlaşdırılan 10 layihənin maliyyələşdirilməsi üçün nəzərdə tutulur».

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dolları olan 50-dən çox investisiya layihələrini imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR