Bank Of Baku

«Muğan Bank» gələn il nizamnamə kapitalına strateji investor cəlb edəcək

«Muğan Bank» gələn il nizamnamə kapitalına strateji investor cəlb edəcək
# 25 iyun 2009 11:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) artıq 2010-cu ildə nizamnamə kapitalına yeni səhmdar qismində strateji investor cəlb edə bilər. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Elmir Həsənov bildirib.

E.Həsənovun sözlərinə görə, hazırda xarici səhmdarın cəlb edilməsi istiqamətində tanınmış beynəlxalq maliyyə qurumu ilə danışıqlar aparılır: «Biz çalışırıq ki, bu danışıqları cari ilin sonuna kimi başa çatdıraq. Lakin investorların bu məsələ üzərində ciddi müzakirə aparması prosesi bir qədər ləngidə bilər».

E.Həsənov bildirib ki, hələlik adı açıqlanmayan bu beynəlxalq maliyyə təşkilatı ilə əldə olunmuş şifahi razılığa əsasən, «Muğan Bank»ın səhm nəzarət paketinin Azərbaycan tərəfində saxlanılması nəzərdə tutulub.

Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir və səhmdarları rolunda dörd yerli fiziki şəxs çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 108,783 mln. manat, depozit portfeli 44,170 mln. manat, kredit portfeli 69,753 mln. manat, məcmu kapitalı 20,428 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat təşkil edib. Bankın respublika üzrə 25 filialı fəaliyyət göstərir ki, bunun 17-si Bakıda, qalanı isə regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR