Bank Of Baku

«AccessBank»ın «Aeroport» filialı köçürülüb

«AccessBank»ın «Aeroport» filialı köçürülüb
# 25 iyun 2009 12:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) «Aeroport» filialını yeni ünvana - Badamdar qəsəbəsinə köçürüb.

Bankın ofisindən «APA-Economics»ə verilən məlumata görə, ünvanın dəyişməsinin əsas məqsədi Lökbatanda yerləşən əsas topdansatış bazarlarına xidmət göstərilməsi olub.

Qeyd edək ki, «Badamdar» adlanacaq bu filial sahibkarlardan əlavə, yerli əhaliyə də xidmət göstərəcək. Filialda tam çeşidli bank xidmətləri, o cümlədən cari və depozit hesabları, pul köçürmələri, istehlak və biznes kreditləri, eləcə də «VISA» plastik kartları təqdim olunur.

Xatırladaq ki, hazırda bankın respublika üzrə 22 filialı fəaliyyət göstərir və bunun 11-i Bakıda yerləşir.

«AccsesBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabrında brendini dəyişib.

Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 229,790 mln. manat, depozit portfeli 23,236 mln. manat, kredit portfeli 183,174 mln. manat, məcmu kapitalı 46,658 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR