Bank Of Baku

Azərbaycanda lizinq qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda lizinq qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanır
# 25 iyun 2009 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) Mülki və Vergi məcəllələrinə əlavə və dəyişikliklərlə bağlı tövsiyə və təkliflər hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu ALŞA-nın prezidenti Elçin Əhmədov bildirib.

E.Əhmədovun sözlərinə görə, hazırda ALŞA Mülki Məcəlləyə tövsiyələrin və Vergi Məcəlləsinə təkliflər üzərində iş aparır. Sənədin tezliklə ölkə hökumətinə təqdim edilməsi planlaşdırılır. «Tövsiyələrdə lizinq fəaliyyətinin tənzimlənməsi, Mülki Məcəllədə mövcud maddənin genişləndirilməsindən ibarətdir. Vergi Məcəlləsində isə bəzi uğğunsuzluqlar var ki, bununla bağlı təkliflər hazırlanır», - deyə Assosiasiya başçısı vurğulayıb.

E.Əhmədov onu da bildirib ki, tövsiyələr qəbul olunarsa, artıq 2010-cu ilin əvvəlindən, Vergi Məcəlləsinə dəyişikliklər isə 2011-ci ildən etibarən qüvvəyə minə bilər.

ALŞA-nın prezidenti Assosiasiyanın «Lizinq haqqında» yeni qanun layihəsinin Azərbaycan hökumətinə təqdim etməsini də istisna etmir: «Yaxın bir həftə ərzində biz qəti qərara qəlib, hökumətə hansı təklifləri təqdim edəcəyimizi müəyyənləşdirəcəyik».

Qeyd edək ki, ALŞA 2004-cü ildən fəaliyyət göstərir. Hazırda 8 lizinq şirkəti Assosiasiyanın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR