Bank Of Baku

Londonda Azərbaycan İnvestisiya Sammiti keçiriləcək

Londonda Azərbaycan İnvestisiya Sammiti keçiriləcək
# 25 iyun 2009 13:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin əsas məqsədi Azərbaycanla beynəlxalq biznes əlaqələrinin genişləndirilməsidir. Tədbirdə Azərbaycan hökumətnin rəsmiləri, beynəlxalq təşkilatlarının təmsilçiləri və tanınmış şirkət və təşkilatların nümayəndələri iştirak edəcəklər.

Üç gün davam edəcək sammit çərçivəsində plenar iclaslar, tematik sessiyalar, investorlarla görüşlər və müzakirələr keçiriləcək. Sammitdə həmçinin maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsiri, Azərbaycanın ixracatçı ölkə kimi dünya energetika bazarında perspektivləri, ölkənin qeyri-neft sektorunda sərmayə yatırımlarının reallığı, Azərbaycanın tranzit imkanları və digər məsələlər müzakirə predmeti olacaq.

Qeyd edək ki, I Azərbaycan İnvestisiya Sammitinin baş informasiya tərəfdaşı rolunda APA İnformasiya Agentliyi çıxış edir.

Sammitin veb-saytı http://www.adamsmithconferences.com/ru/yjc001 ünvandadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR