Bank Of Baku

Azərbaycanın aparıcı lizinq şirkəti bu lizinq portfelini 25% artıracaq

Azərbaycanın aparıcı lizinq şirkəti bu lizinq portfelini 25% artıracaq
# 25 iyun 2009 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanın «Joint Leasing» şirkəti lizinq portfelini 25% genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Joint Leasing» şirkətinin baş direktoru Elçin Əhmədov bildirib.

E.Əhmədov qeyd edib ki, qlobal maliyyə böhranı şirkətin fəaliyyətinə bir qədər təsir göstərsə də, «Joint Leasing» bir gün belə olsun fəaliyyətini və lizinq xidmətlərinin göstərilməsini dayandırmayıb: «Hazırda şirkətin əsas məqsədi beynəlxalq auditin başa çatdırılması, beynəlxalq maliyyə institutları ilə danışıqların yekunlaşdırılması və lizinq portfelinin həcminin artırılmasıdır».

E.Əhmədov həmçinin bildirib ki, hazırda şirkətin lizinq portfeli 40 mln. manatdan çoxdur: «Biz şirkətin lizinq portfelini artırmaq niyyətindəyik. Əlbəttə, portfelin artım tempi maliyyə böhranına görə ötən ilki kimi olmayacaq. Lakin cari ilin sonunadək şirkətin lizinq portfelinin 50 mln. manatadək artırılacağı gözlənilir».

Xatırladaq ki, «Joint Leasing» QSC 14 iyun 2007-ci il tarixindən «AzeriLeasing» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Azərbaycan Beynəlxalq Bankı (47,6%) və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının «Dolphin Leasing Ltd.» (52,4%) şirkəti çıxış edir. «Joint Leasing» şirkətinin sələfi, Azərbaycanın ilk lizinq şirkəti olan «AzeriLeasing» şirkəti isə 1999-cu ildə yaradılıb.

Cari ilin aprel ayının 1-nə şirkətin lizinq portfeli 40,157 mln. manat, məcmu kapitalı 2,731 mln. manat, nizamnamə kapitalı 0,700 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR