Bank Of Baku

«Paşa Sığorta» BMT-nin Qlobal Saziş Təşəbbüsünə qoşulub

«Paşa Sığorta» BMT-nin Qlobal Saziş Təşəbbüsünə qoşulub
# 25 iyun 2009 14:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti BMT-nin Qlobal Saziş Təşəbbüsünün iştirakçıları sırasına daxil olub.

Şirkətin baş ofisindən «APA-economics»ə verilən məlumata görə, şirkətin Qlobal Saziş Təşəbbüsün iştirakçıları sırasına daxil olması ötən həftə BMT-nin baş qərargahında təsdiqlənib.

Qeyd edək ki, Qlobal Sazişin yaradılması haqqında təklif ilk dəfə 1999-cu ildə BMT-nin baş katibi Kofi Annan tərəfindən Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumu zamanı dünyanın ən böyük şirkətlərinin rəhbərlərinə müraciətində səslənib. BMT-nin Qlobal Sazişi bu Təşəbbüs çərçivəsində elan olunmuş və onun əsasını təşkil edən insan haqları, əmək münasibətləri, ətraf mühitin mühafizəsi və korrupsiya əleyhinə mübarizə sahəsində 10 prinsip əsasında qurulub.

Xatırladaq ki, 2000-ci ilin iyulunda BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Qlobal Saziş Təşəbbüsü rəsmi şəkildə təsdiq olunub və hazırda dünyanın 120 ölkəsindən 4 300 biznes strukturu olmaqla 5 600 iştirakçını birləşdirir.

BMT-nin Qlobal Saziş Təşəbbüsünə qoşulan şirkətlər qeyd olunan prinsipləri öz idarəetmə strategiyalarına, korporativ mədəniyyətlərinə və əməliyyat fəaliyyətlərinə inteqrasiya etmək öhdəliyini götürürlər və Qlobal Saziş prinsiplərinə uyğun olaraq illik hesabat verirlər.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR