Bank Of Baku

Ceff İmmelt: «ABŞ iqtisadi siyasətini dəyişməlidir»

Ceff İmmelt: «ABŞ iqtisadi siyasətini dəyişməlidir»
# 27 iyun 2009 08:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Hazırda yaşanan iqtisadi böhrandan çıxmaq üçün ABŞ yenidən istehsal və ixracı milli iqtisadiyyatının əsasına çevirməlidir. «APA-Economics»in məlumatına görə, bu bəyanatla Detroyt İqtisadi Klubunun iclasında ABŞ-ın «General Electric» şirkətinin baş direktoru Ceff İmmelt çıxış edib. Şirkət rəhbəri vurğulayıb ki, əhalinin həyat səviyyəsini yüksək səviyyədə saxlamaq üçün dünyanın ən iri iqtisadiyyatı tələbatı hərəkətə salan güc kimi istehlak xərcləri və maliyyə «möcüzələrinə» daha güvənə bilməz.

C.İmmeltin fikrincə, ABŞ artıq dünyada öz rəqabətlilik üstünlüyünü itirib və bu proses orta təbəqəyə ciddi zərbə vurub. Buna görə də ABŞ-ın istehsalında çalışanların sayını indikinə nisbətən ikiqat artırmaq və işçi qüvvəsinin 20%-nə çatdırmaq lazımdır.

Qeyd edək ki, «General Electric» şirkəti yaxın zamanlarda yeni elmi-istehsalat mərkəzi açmaq niyyətindədir ki, bu da İmmeltin Amerika şirkətləri tərəfindən texnoloji sahədə vacib işləri xarici podratçılara həddindən artıq həcmdə həvalə etməsinə etiraz olaraq qiymətləndirilir.

C.İmmelt hesab edir ki, iqtisadi artımı təmin etmək üçün ABŞ ilk növbədə iqtisadiyyatın maliyyə sektorundan mövcud olan asılılığını azaltmalıdır: «Amerikanın rəqibləri tərəfindən istehsalın və tətbiqi tədqiqatların gücləndiyi bir şəraitdə biz maliyyə sektorunda mənfəətin tez əldə olunmasına xüsusi diqqət yetiririk». C.İmmelt xatırladıb ki, «General Electric» də belə dərs keçib və ötən il ərzində şirkətin səhmləri 58% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR