Bank Of Baku

Azərbaycanın Yaponiya ilə kredit sazişi parlamentdə müzakirə üçün tövsiyə olunub

Azərbaycanın Yaponiya ilə kredit sazişi parlamentdə müzakirə üçün tövsiyə olunub
# 27 iyun 2009 10:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın on kiçik şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq. APA-nın məlumatına görə, Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bu barədə məlumat verən komitə sədrinin müavini Elton Məmmədov parlamentə «Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan hökuməti arasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsinə dair Kredit Sazişinin təsdiq edilməsi haqqında» qanun layihəsinin daxil olduğunu deyib.

E.Məmmədovun sözlərinə görə, sənədə əsasən respublikanın 10 kiçik şəhərində - Şirvan, Yevlax, Salyan, Naftalan, Xaçmaz, Qusar, Xızı, Bərdə, Qobustan və Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması mexanizmləri tənzimlənəcək: «Yaponiya Beynəlxalq İnkişaf Agentliyi ilə imzalanan müqaviləyə əsasən, ayrılan 452 milyon dollar kredit vəsaiti ölkənin kiçik şəhərlərinin əhalisinin rifah halının yaxşılaşdırılmasında böyük nailiyyət olacaq».

Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR