Bank Of Baku

«Muğan Bank» bu il xaricdən yeni kredit cəlb edəcək

«Muğan Bank» bu il xaricdən yeni kredit cəlb edəcək
# 29 iyun 2009 07:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) iri həcmli kredit cəlb etmək niyyətindədir.

Bankın İdarə Heyətinin sədri Elmir Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq beynəlxalq təşkilatla Azərbaycan bankı arasında görüşlər keçirilib və kredit ayrılması ilə bağlı ilkin razılıq əldə olunub.

E.Həsənov bildirib ki, EBRD-dən cəlb olunacaq vəsaitlər Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək.

Qeyd edək ki, EBRD tərəfindən indiyədək «Muğan Bank»a 12 mln. ABŞ dolları həcmində kredit ayrılıb. Bunun 8 mln. dolları kiçik və orta sahibkarlığa, 4 mln. dolları isə ticarətin maliyyələşdirilməsinə sərf edilib.

Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir və səhmdarları rolunda dörd yerli fiziki şəxs çıxış edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 108,783 mln. manat, depozit portfeli 44,170 mln. manat, kredit portfeli 69,753 mln. manat, məcmu kapitalı 20,428 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat təşkil edib. Bankın respublika üzrə 25 filialı fəaliyyət göstərir ki, bunun 17-si Bakıda, qalanı isə regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR