Bank Of Baku

«Nikoil Leasing»in portfeli ilin əvvəlindən 2% azalıb

«Nikoil Leasing»in portfeli ilin əvvəlindən 2% azalıb
# 29 iyun 2009 07:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2009-cu ilin iyun ayının 1-nə 5,715 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,9% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, indiyədək şirkət tərəfindən 11 lizinq müqaviləsi bağlanılıb ki, bu müqavilələrin dəyəri 6,952 mln. manat olub.

Şirkətin lizinq portfelinin diversifikasiyasına gəldikdə isə, burada portfelin 60%-ni avadanlıqlar, 30%-ni isə xüsusi təyinatlı texnikalar təşkil edib.

Qeyd edək ki, şirkət tərəfindən təklif edilən lizinq üzrə faiz dərəcələri illik 18-30%, müddəti isə 1-5 il təşkil edir.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonundan fəaliyyət göstərir. Şirkət yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR