Bank Of Baku

Azərbaycan bankları öz vəsaitlərinin passivlərdə xüsusi çəkisini artır

Azərbaycan bankları öz vəsaitlərinin passivlərdə xüsusi çəkisini artır
# 29 iyun 2009 08:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının passivlərində məcmu kapitalın xüsusi çəkisi 2009-cu ilin iyun ayının 1-nə 17,8% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici il ərzində 3,2 faiz bəndi artıb. Eyni zamanda, cari ilin əvvəlindən məcmu kapitalın passivlərdə xüsusi çəkisi 3,3 faiz bəndi yüksəlib.

Qeyd edək ki, bu göstəricinin dinamikasına dair bank təhlilində iki yanaşma mövcuddur ki, onların hər ikisinin müəyyən dərəcədə düzgün olduğu etiraf edilməlidir. Belə ki, bir tərəfdən məcmu kapitalın xüsusi çəkisinin artması bankın möhkəmliyini göstərir, digər yanaşma isə bunu bankın öz vəsaitlərinin potensialdan aşağı səmərəliliklə istifadə etməsi kimi qəbul edilir.

Azərbaycanda son aylar ərzində bank sistemində müəyyən dərəcədə likvidlik problemi yaşanıb ki, bu da dünya maliyyə böhranının nəticəsi kimi qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən aktivlər, kreditlər, əmanətlər və məcmu kapital kimi əsas bank göstəriciləri arasında yalnız məcmu kapital üzrə artım müşahidə olunub. Xatırladaq ki, həmin dövr ərzində aktivlər 11,1%, kredit portfeli 11,9%, əmanətlər 0,5% azalıb, məcmu kapital isə 9% artıb.

Ümumiyyətlə, adi şəraitdə yuxarıdakı yanaşmalardan ikincisinin reallığa daha yaxındır. Belə ki, böhran şəraitində bankların aktiv əməliyyatlara daha ehtiyatla yanaşması, nizamnamə kapitalının artırılması və mənfəətin bölüşdürülməməsi nəticəsində məcmu kapitalın artırılması yolu ilə dayanaqlığın gücləndirilməsi məqsədəuyğun hesab olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR