Bank Of Baku

«Azərnəqliyyatbank» iki yeni filial açır

«Azərnəqliyyatbank» iki yeni filial açır
# 29 iyun 2009 09:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) bu həftə ərzində iki yeni filialını istifadəyə verəcək.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, filialların biri Şirvan, digəri isə Mingəçevir şəhərində yerləşir: «Filiallar üçün artıq Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya alınıb. Bu həftənin sonu həmin filialların rəsmi açılışı keçiriləcək».

E.Məmmədov bildirib ki, yeni filiallar bankın digər filialları kimi bütün növ bank xidmətləri göstərəcək. Belə ki, bu filial vasitəsi müştərilər hesablaşma-kassa hesabı, pulköçürmələr üzrə əməliyyatlar, depozit kredit əməliyyatları, valyuta mübadilə və digər bank əməliyyatları həyata keçirə bilərlər.

Qeyd edək ki, bununla da bankın respublika üzrə fəaliyyət göstərən filiallarının ümumi sayı 7-ə çatacaq.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,420 mln. manat, bankın depozit portfeli 5,268 mln. manat, kredit portfeli 16,157 mln. manat, məcmu kapitalı 11,655 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR