Bank Of Baku

«Muğan Bank» bu il filial şəbəkəsini 20% genişləndirəcək

«Muğan Bank» bu il filial şəbəkəsini 20% genişləndirəcək
# 29 iyun 2009 11:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonuna kimi filial şəbəkəsini 20% genişləndirmək niyyətindədir.

Bankın İdarə Heyətinin sədri Elmir Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, cari ilin sonuna kimi açılacaq beş yeni filialın ikisi Bakıda, qalanı isə regionlarda yerləşəcək. Bununla da, bankın filiallarının ümumi sayı 30-a çatdırılacaq.

E.Həsənov bildirib ki, artıq yaxın vaxtlarda bankın iki paytaxt filialının açılacağı gözlənilir. Həmin filiallar üçün lisenziyanın alınması məqsədi ilə təsis sənədləri yaxın günlərdə Azərbaycan Mərkəzi Bankına təqdim olunacaq.

Qeyd edək ki, hazırda bankın respublika üzrə 25 filialı fəaliyyət göstərir, bunun da 17-si Bakıda yerləşir.

Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir və səhmdarları rolunda dörd yerli fiziki şəxs çıxış edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 108,783 mln. manat, depozit portfeli 44,170 mln. manat, kredit portfeli 69,753 mln. manat, məcmu kapitalı 20,428 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR