Bank Of Baku

Bakıda İslam İnkişaf Bankı Direktorlar Şurasının iclası keçiriləcək

Bakıda İslam İnkişaf Bankı Direktorlar Şurasının iclası keçiriləcək
# 30 iyun 2009 09:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İslam İnkişaf Bankı (İİB) Direktorlar Şurasının 35-ci illik toplantısı 2010-cu ilin iyun ayında Bakıda keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında İİB-in Azərbaycan üzrə rəhbəri Tamerlan Tağıyev bildirib.

T.Tağıyevin sözlərinə görə, bu toplantıda İİB-ə üzv olan 56 ölkənin nümayəndələri iştirak edəcəklər. Həmin toplantı çərçivəsində Azərbaycanda beynəlxalq investisiya konfransı da təşkil olunacaq.

Bu konfransda üzv ölkələrdən dəvət olunmuş biznesmenlərin azərbaycanlı iş adamları ilə görüşləri, həmçinin tərəflər arasında əlaqələrin qurulması üçün şərait yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR