Bank Of Baku

Dünya maliyyə böhranı «AtaLeasing»in fəaliyyətinə mənfi təsir göstərib

Dünya maliyyə böhranı «AtaLeasing»in fəaliyyətinə mənfi təsir göstərib
# 30 iyun 2009 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Dünyada müşahidə olunan maliyyə böhranı Azərbaycanın «AtaLeasing» şirkətinin fəaliyyətinə mənfi təsir göstərib.

Şirkətin İdarə Heyətinin sədri Yusif Müslümovun «APA-Economics»ə verdiyi məlumata görə, böhran şəraitində şirkətin lizinq portfelində 15%-dək azalma müşahidə olunub. Bu azalma özünü xüsusi təyinatlı avtomobillər və tikinti sektoru üçün nəzərdə tutulan avadanlıqlar üzrə qeydə alınıb.

Y.Müslümovun sözlərinə görə, ilin əvvəlindən indiyədək şirkətin lizinq portfelində heç bir atım müşahidə olunmayıb və bu prosesin cari ilin sonunadək davam edəcəyi gözlənilir.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyun ayının 1-nə şirkətin lizinq portfeli 4,204 mln. manat, məcmu kapitalı 1,114 mln. manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR