Bank Of Baku

«Başak İnam» sığorta şirkətində struktur dəyişiklikləri aparılıb

«Başak İnam» sığorta şirkətində struktur dəyişiklikləri aparılıb
# 30 iyun 2009 09:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Başak-İnam» Azərbaycan-Türkiyə sığorta şirkətinin Müşahidə Şurası Direktorlar Şurası ilə əvəz edilib.

Şirkətin baş direktoru Orxan Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, Şuranın adının dəyişməsi ilə əlaqədar olaraq heyətdə də dəyişiklik aparılıb. Belə ki, şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə Akif Kərimov, üzvləri kimi isə bir Fransa və bir Türkiyə vətəndaşı təsdiq olunub. Şirkətin baş direktoru vəzifəsinə Orxan Həsənov, Təftiş Komissiyasının sədri vəzifəsinə isə Levent Özəl təyin edilib.

Qeyd edək ki, «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Türkiyənin «Başak Group AMA» (49%) şirkəti, Azərbaycanın «Turan Bank» (15%), «Azər-Türk Bank» (10%) və yerli fiziki şəxslər (26%) çıxış edir. Bu ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR