Bank Of Baku

«Muğan Bank» bazara lombard xarakterli kredit məhsulu təqdim edib

«Muğan Bank» bazara lombard xarakterli kredit məhsulu təqdim edib
# 30 iyun 2009 12:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) müştərilər üçün yeni kredit məhsulunu təqdim edib.

Bankın İdarə Heyətinin sədri Elmir Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, bu kredit məhsulu lombard xidmətinin prinsipinə əsaslanır. Lakin lombarddan fərqli olaraq, burada kreditin müddəti minimum 1 il, maksimum müddət isə tərəflər arasında razılaşma yolu ilə müəyyənləşdirilir. Həmçinin, kredit üzrə faiz dərəcəsi illik 30-32%-ə bərabərdir, girov təminatı isə 80% təşkil etməlidir.

E.Həsənovun sözlərinə görə, artıq bank tərəfindən bu kredit növü üzrə 250 min manat vəsait verilib: «Bank tərəfindən bu növ məhsul böhran şəraitində kredit bazarında durğunluq yaranan vaxt hazırlanıb. Qeyd edə bilərəm ki, hazırda bu kredit üzrə müraciət edən müştərilərin sayı durmadan artır və bunun bank üçün heç bir riski yoxdur».

Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir və səhmdarları rolunda dörd yerli fiziki şəxs çıxış edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 108,783 mln. manat, depozit portfeli 44,170 mln. manat, kredit portfeli 69,753 mln. manat, məcmu kapitalı 20,428 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat təşkil edib. Bankın respublika üzrə 25 filialı fəaliyyət göstərir ki, bunun 17-si Bakıda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR