Bank Of Baku

Dollar ilin sonunadək bahalaşacaq

Dollar ilin sonunadək bahalaşacaq
# 30 iyun 2009 12:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «CIBC World Markets», «Deutsche Bank», «Bank of America Corp.» və «Wells Fargo» banklarının analitikləri bu ilin ikinci yarısında ABŞ dollarının məzənnəsinin möhkəmlənəcəyini proqnozlaşdırırlar. «APA-Economics»in məlumatına görə, məhz bu bankların ekspertləri hələ 2009-cu ilin əvvəlində dolların avroya qarşı məzənnəsinin ilk yarımillikdə ucuzlaşacağını bildirmişdilər.

Növbəti yarımillik üçün verilən proqnoza gəldikdə isə, ən nikbin proqnozla «Deutsche Bank»ın ekspertləri çıxış edib - ilin sonuna kimi avronun məzənnəsi 1,2 dollara qədər enəcək.

«Deutsche Bank»ın analitikləri hesab edirlər ki, ABŞ iqtisadiyyatının geriləmədən çıxma prosesində Avrozonanı 1-2 rüb qabaqlayır. Məsələn, may ayında ABŞ-da uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar üzrə sifarişlərin artmağa başlaması amili buna misal kimi gətirilir. Ümumilikdə isə, dünyanın ən məşhur və iri bankların dolların məzənnəsi üzrə proqnozları indiyədək görünməmiş diapazonla verilir. Belə ki, avronun məzənnəsinin 1,16 dollardan 1,55 dollaradək ucuzlaşacağı proqnozlaşdırılır.

Qeyd edək ki, dünya bazarlarında dollar ilin əvvəlindən avroya qarşı 1,3% ucuzlaşıb. Azərbaycanda bu müddət ərzində dolların manata qarşı məzənnəsi 0,3%, avronun məzənnəsi isə 2% möhkəmlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR