Bank Of Baku

«Başak-İnam» sığorta şirkəti nizamnamə kapitalını artırır

«Başak-İnam» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 30 iyun 2009 13:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Başak-İnam» Azərbaycan-Türkiyə sığorta şirkəti cari ilin sonuna kimi nizamnamə kapitalını iki dəfə artıraraq 2 mln. manata çatdırmaq niyyətindədir.

Şirkətin baş direktoru Orxan Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, kapitalın artırılması ilə bağlı qərarın şirkətin səhmdarlarının bu ilin iyulun 3-də keçiriləcək ümumi yığıncağında təsdiqlənəcəyi gözlənilir. İclasda səhmdarlar tərəfindən nizamnamə kapitalının artırılması ilə yanaşı digər cari məsələlər də müzakirə olunacaq.

O.Həsənovun sözlərinə görə, 1 mln. manatlıq əlavə səhm emissiyasının yerləşdirilməsi prosesinin cari ilin sonunadək tamamlanacağı gözlənilir.

Qeyd edək ki, «Başak-İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Türkiyənin «Başak Group AMA» (49%), Azərbaycanın «Turan Bank» (15%), «Azər-Türk Bank» (10%) və yerli fiziki şəxslər (26%) çıxış edir. Bu ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR