Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb
# 30 iyun 2009 16:51 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2008-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ARDNF-in 2008-ci il büdcəsinin icrası gəlirlər 11 864 648,1 min manat, xərclər 4 291 751,4 min manat məbləğində olmaqla və ya Dövlət Neft Fondunun 2008-ci il büdcəsində nəzərdə tutulana müvafiq olaraq 17% artıq gəlirlə və büdcə xərcləri üzrə 2 % kəsirlə aşağıdakı kimi təsdiq edilib:

Sıra 

N-si 

Göstəricilər 

Min manatla 

Gəlirlər 11 864 648,1 

1. 

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 

11 526 985,7 

2. 

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)  

97 234,6 

3. 

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsində istifadə üçün ödənilən akrhesabı ödənişlər 

3 567,0 

4. 

Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 

165,7 

5. 

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar(mükafatlar) 

2 822,2 

6. 

Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 

231 171,3 

7. 

Digər gəlirlər və daxilolmalar 

2 701,6 

Xərclər 4 291 751,4 

1. 

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 

144 999,4 

2. 

Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinə transfert 

3 800 000,0 

3. 

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi 

211 819,5 

4. 

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 

120 600,0 

5. 

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi  

5 271,1 

6. 

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi 

2 295,6 

7. 

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 

6 765,8 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR