Bank Of Baku

«Standard Capital» şirkəti yeni aksiyaya başlayıb

«Standard Capital» şirkəti yeni aksiyaya başlayıb
# 01 iyul 2009 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Standard Capital» şirkəti bu ilin iyul ayının 1-dən etibarən «0% komissiyon» adlı yeni aksiyaya start verib.

«AB Standard» Şirkətlər Qrupundan «APA-Economics»ə verilən məlumata görə, yerli fond bazarının bütün alətləri üzrə keçiriləcək və oktyabrın 1-nə kimi davam edəcək bu aksiya ərzində «Standard Capital» bütün xidmət növləri, o cümlədən, dövlət qısamüddətli istiqrazları, Mərkəzi Bankın notları, korporativ istiqraz və səhmlərin satışı, habelə REPO əməliyyatları üzrə pulsuz broker xidmətləri göstərəcək. Qeyd edək ki, belə bir aksiya Azərbaycanda broker şirkəti tərəfindən ilk dəfə keçirilir.

Xatırladaq ki, «Standard Capital» şirkətinin əsas fəaliyyət istiqaməti qiymətli kağızlar bazarında broker xidmətlərinin göstərilməsindən ibarətdir. Şirkət korporativ və fərdi müştərilərə xidmət göstərir.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Standard Capital» şirkəti Bakı Fond Birjasında (BFB) aparılan ticarət əməliyyatları üzrə lider mövqeyə malikdir. BFB-nın analitik şöbəsinin hesablamalarına görə, «Standard Capital» şirkəti 2006-2008-ci illərdə brokerlərin renkinqinə başçılıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR