Bank Of Baku

Azərbaycan Dövlət Sığorta Nəzarəti Xidməti proqram təminatı və əlaqədar xidmətlərin hazırlanması məqsədilə tender keçirir

Azərbaycan Dövlət Sığorta Nəzarəti Xidməti proqram təminatı və əlaqədar xidmətlərin hazırlanması məqsədilə tender keçirir
# 01 iyul 2009 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti idarəetmə informasiya sistemi proqram təminatının və əlaqədar xidmətlərin işlənib hazırlanmasının həyata keçirilməsi məqsədilə tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidirlər. İddiaçılar sənədlərini və tender təkliflərini bu ilin avqustun 17-dək təqdim etməlidir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası avqustun 18-də keçiriləcək.

Əlaqə telefonu: (+994 12) 404-46-99.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR