Bank Of Baku

Azərbaycanın daha bir kommersiya bankı xaricdə nümayəndəlik açmağa hazırlaşır

Azərbaycanın daha bir kommersiya bankı xaricdə nümayəndəlik açmağa hazırlaşır
# 01 iyul 2009 09:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın gələcəkdə xaricdə iki nümayəndəlik açmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Emil Məmmədov bildirib.

E.Məmmədovun sözlərinə görə, xaricdəki nümayəndəliklərin biri Abu-Dabidə (BƏƏ), digəri isə Londonda (Böyük Britaniya) açılacaq: «Artıq bankın səhmdarları tərəfindən bu nümayəndəliklərin açılması ilə bağlı qərar qəbul edilib. Yalnız, məsələnin təşkilati tərəfi qalıb ki, bu da cari ilin sonuna kimi həll olunacaq».

E.Məmmədov bildirib ki, gələcəkdə bu nümayəndəliklərə filial statusunun verilməsi planlaşdırılmır: «Ola bilsin ki, həmin nümayəndəliklər sonradan başqa bir maliyyə qurumuna çevrilsin».

Qeyd edək ki, hazırda Azərbaycan bankları sırasında xaricdə nümayəndəliyi olan Azərbaycan Beynəlxalq Bankı və Qafqaz İnkişaf Bankıdır.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 12 bankomatı və 45 POS-terminalı var.

Cari ilin aprel ayının 1-nə banklın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR