Bank Of Baku

«Bank Respublika» «Zolotaya Korona» pulköçürmə sisteminə qoşulub

«Bank Respublika» «Zolotaya Korona» pulköçürmə sisteminə qoşulub
# 01 iyul 2009 09:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) «Zolotaya Korona» beynəlxalq pulköçürmə sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistem müştərilərə ABŞ dolları, Rusiya rublu və avroda pul köçürmələrinin həyata keçirilməsinə imkan yaradır. Sistemin MDB ölkələri və Çində fəaliyyət göstərən müştəri xidməti məntəqələrinin sayı 10 mindən çoxdur.

Qeyd edək ki, hazırda «Bank Respublika» SKB həmçinin «Western Union», «Contact», «Migom», «Bıstraya Poçta», «Coinstar», «PrivatMoney», «Xpress Money», «Blizko» və «Allyur» sistemlərinin xidmətlərindən istifadə edir.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın nizamnamə kapitalında «25%+1 səhm» iştirak payı alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR