Bank Of Baku

Azərbaycanda bank aktivləri ilin əvvəlindən 11% azalıb

Azərbaycanda bank aktivləri ilin əvvəlindən 11% azalıb
# 01 iyul 2009 10:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivləri 2009-cu ilin iyun ayının 1-nə 9 129,77 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1 143,69 mln. manat və ya 11,1% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bank aktivlərinin strukturunda əsas yeri müştərilərə ayrılan kreditlər tutur. Belə ki, bankların müştərilərə verdiyi kreditlərin həcmi 5 963,35 mln. manat (xüsusi çəki - 65,32%), investisiyaların həcmi 690,24 mln. manat (7,56%), müxbir hesabları 628,28 mln. manat (6,88%), nağd vəsaitlər 388,40 mln. manat (4,25%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 498,71 mln. manat (5,46%), digər aktivlər isə 960,79 mln. manat (10,52%) təşkil edib.

Mərkəzi Bankdan bildirilib ki, kommersiya banklarının məcmu aktivlərin tərkib hissələrinin cari ilin əvvəlindən dinamikası əsasən azalma tendensiyası göstərir. Belə ki, müştərilərə verilən kreditlərin həcmi bu ilin yanvar-may ayları ərzində 853,5 mln. manat və ya 12,5%, investisiyaların həcmi 105,53 mln. manat və ya 13,3%, müxbir hesabları 331,24 mln. manat və ya 34,5%, nağd vəsaitlər 72,18 mln. manat və ya 15,7% azalıb. Maliyyə sektoruna verilmiş kredit və depozitlər isə 83,89 mln. manat və ya 20,2%, digər aktivlər 134,87 mln. manat və ya 16,3% artıb.

Kommersiya banklarının məcmu balansında passivlər hissəsinin 79,77%-i bankların öhdəliklərinin payına düşür. İyun ayının 1-nə bank öhdəliklərinin həcmi 7 283,04 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlindən 1 285,72 mln. manat və ya 15% azdır. Öhdəliklərin tərkibində 3 387,24 mln. manat depozitlər, 3 061,65 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 834,15 mln. manat digər öhdəliklərin payına düşür. Qeyd edək ki, yanvar-may ayları ərzində depozitlər 667,85 mln. manat və ya 16,5%, maliyyə sektorundan alınmış kredit və depozitlər 282,34 mln. manat və ya 8,7%, digər öhdəliklər isə 203,72 mln. manat və ya 6,3% azalıb.

Bankların məcmu kapitalı cari ilin əvvəlindən 142,03 mln. manat və ya 8,3% artaraq iyunun 1-nə 1 846,73 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR