Bank Of Baku

Bakı Fond Birjasında Listinq Komissiyası yaradılıb

Bakı Fond Birjasında Listinq Komissiyası yaradılıb
# 01 iyul 2009 11:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjası (BFB) Müşahidə Şurasının yığıncağı keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, yığıncağın gündəliyinə iki məsələ – Birjanın yeni listinq qaydalarının təsdiqlənməsi və Listinq Komissiyasının yaradılması daxil edilib. Yığıncağın yekunu olaraq, yeni listinq qaydaları təsdiq edilib və fond birjasının 5 əməkdaşından ibarət Listinq Komissiyası yaradılıb.

Yeni listinq qaydalarının cari ilin avqust ayının 1-dən qüvvəyə minməsi gözlənilir. Eyni zamanda, yeni qaydaların BFB tərəfindən geniş ictimaiyyətə təqdimatı da planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR