Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəlikləri azalır

Azərbaycanda bankların xarici öhdəlikləri azalır
# 02 iyul 2009 08:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2009-cu ilin iyunun 1-nə 1 928,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,8% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən kommersiya banklarının xarici öhdəlikləri 120 mln. manat və ya 5,9% azalıb, o cümlədən may ayında azalma 9,6 mln. manat və ya 0,5% təşkil edib.

Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, dünya maliyyə böhranı nəticəsində xarici maliyyə institutlarının maddi vəziyyətinin pisləşməsi səbəbindən Azərbaycan bankları üçün əlavə fondlaşmanın kəskin azalmasına baxmayaraq, azalma templəri gözlənilən kimi olmayıb. Yəni, dünya maliyyə böhranı şəraitində, öhdəliklərin tədricən yerinə yetirilməsini nəzərə alaraq, Azərbaycan banklarının xarici öhdəliklərin həcminin daha iri miqdarda azalmasını gözləmək olardı, lakin bu, baş verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR