Bank Of Baku

Azərbaycanda bu il artıq 20 vətəndaşa ipoteka krediti verilib

Azərbaycanda bu il artıq 20 vətəndaşa ipoteka krediti verilib
# 02 iyul 2009 08:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) ölkədə dövlət ipoteka kreditləşməsi bərpa olunduqdan sonra iyun ayı ərzində müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq üçün 544, güzəştli ipoteka krediti almaq üçün isə 44 vətəndaşın rəsmi müraciət ərizəsi qəbul olunub.

AİF-dən «APA-Economics»ə verilən məlumat görə, daxil olmuş müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 26 mln. manata yaxındır.

Fonddan bildirilib ki, cari ilin iyun ayının 11-dən etibarən artıq ipoteka kreditlərinin verilməsinə başlanılıb və ay ərzində 20 vətəndaşa ipoteka kreditləri verilib. Verilmiş kreditlərin məbləği 1 mln. manata olub.

Qeyd edək ki, 2006-cı ilin mart ayında ölkədə ilk dəfə ipoteka kreditləşməsinə start verildiyi vaxt birinci ay ərzində cəmi 4 ipoteka kreditinin verildiyini nəzərə alsaq, cari ildə bu prosesdə daha yüksək dinamikanın müşahidə olunacağını qeyd etmək mümkündür.

Xatırladaq ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 35 mln. manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR