Bank Of Baku

«Bank of Azerbaijan» ilk ipoteka kreditini verib

«Bank of Azerbaijan» ilk ipoteka kreditini verib
# 02 iyul 2009 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda dövlət ipoteka kreditləşməsi proqramı bərpa olunduqdan sonra «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) bu həftə artıq ilk ipoteka kreditini verib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, ipoteka kreditləşməsi proqramı çərçivəsində bank ilk borcalana təkrar mənzil bazarında 2-otaqlı mənzilin alınması üçün 25 il müddətinə 46 410 manat məbləğində kredit ayırıb.
Qeyd edək ki, həmin müştəri «Bank of Azerbaijan»a iyun ayının ortalarında müraciət edib. Sənədlərin araşdırılmasına 1 ay ayrıldığına baxmayaraq, əməkdaşların operativ fəaliyyəti sayəsində, müştəri artıq iki həftədən sonra ipoteka kreditini alıb.
Xatırladaq ki, cari ilin iyun ayının 11-dən etibarən artıq ipoteka kreditlərinin verilməsinə başlanılıb və ay ərzində 20 vətəndaşa ipoteka kreditləri verilib. Verilmiş kreditlərin ümumi məbləği 1 mln. manat təşkil edib.
Təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 117,086 mln. manat, depozit portfeli 49,990 mln. manat, kredit portfeli 89,549 mln. manat, məcmu kapitalı 20,245 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 23 bankomatı və 106 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR